Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da COVID-dən ölənlərə görə bayraqlar yarıyadək endiriləcək

ABŞ-da COVID-dən ölənlərə görə bayraqlar yarıyadək endiriləcək

Tarix: 12 May 2022 17:38

ABŞ-da yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 1 milyonu ötüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.

Qeyd olunub ki, Prezident Co Bayden xəstəlikdən vəfat edənlərin xatirəsinin yad edilməsi məqsədi ilə cümə axşamı günü ölkədə bayraqların yarıyadək endirilməsi ilə bağlı qərar imzalayıb.

Co Baydenin günün sonunda qlobal COVID-19 sammitində videomüraciət formatında çıxışı gözlənilir.

Qeyd edək ki, 330 milyon nəfər əhalisi olan ABŞ-da COVID-19 virusuna 80 milyon yoluxma halı təsdiqlənib.


Etiketlər:  ABŞ COVID dən ölənlərə görə bayraqlar yarıyadək endiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ