Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb

Avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb

Tarix: 13 May 2022 09:14

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Hüseynov Hüseyin Əmirxan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Etiketlər:  Avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ