Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 16:12
Bakı. Elnur Bağışov - Trend:
İranın Həmədan vilayətində kəndlərdən birində 2 tayfa arasında silahlı insident baş verib.
Trend-in məlumatına görə, bunu rayonun hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Baqir Solqi deyib.
M.Solqinin sözlərinə görə, insident nəticəsində hər tayfadan bir nəfər ov silahı ilə qətlə yetirilib.
Dava torpaq üstündə baş verib. Hadisə ilə əlaqədar hər iki tərəfdən 11 nəfər saxlanılıb.
Kənddə hadisə ilə əlaqədar tədbirlər gücləndirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin