Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 17:50
ABŞ-da polis demensiya xəstəsi olan 75 yaşlı qadını evinin qapısında güllələyib. Səbəbi isə qadının "bıçağı at" əmrinə tabe olmaması olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Nyu-Meksiko ştatında qeydə alınıb. Ameliya Bakanın qızı polis idarəsinə zəng edərək anasının qəribə hərəkətlər etdiyini, həyatı üçün qorxduğuna görə qonşu otaqda qapını bağlayaraq gizləndiyini deyib. Hüquq mühafizəçiləri dərhal hadisə yerinə yollanıblar. Qapını onların üzünə yaşlı qadının nəvələri açıblar. Onlar çölə çıxdıqdan sonra isə polis qadından əlindəki bıçağı yerə atmasını istəyib. Qadın ona ispan dilində cavab verərək əmrə tabe olmayıb. Bu an hüquq mühafizəçisi iki dəfə atəş açıb. Baka yerindəcə keçinib.
Nəvələrin sözlərinə görə, onlar əvvəlcə polisin qadını elektroşokerlə vurduğunu düşünüblər, ancaq qadının həqiqi silahla öldürüldüyünü görəndə şoka düşüblər.
"Mən dəfələrlə onlara "nənəmə atəş açmayın, o, ruhi xəstədir" dedim. Bunu nə qədər dediyimi xatırlamıram", - deyə qadınlardan biri ifadəsində bildirib.
Onun sözlərinə görə, nənəsini güllələyəcək qədər təhlükə yox idi. Onların nənələrinə yaxınlaşmalarına isə digər polis mane olub.
Sonradan məlum olub ki, Ameliya Baka ümumiyyətlə ingilis dilində bilmirmiş.