Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2022 20:48
Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən Rusiya ilə Azərbaycan arasında sürətli pul köçürmələrində məhdudiyyətlər yaranıb. Bəzi pul köçürmə sistemlərinin rublla köçürmələri dayandırması Azərbaycan banklarının bu istiqamətdə fəaliyyətinə mənfi təsir edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 bank isə dollarla köçürmələri dayandırıb. 3 bank ("Muğanbank", "Accessbank" və "Yapi Kredi Bank Azərbaycan") vasitəsilə Rusiyadan sürətli pul köçürmələri tamamilə dondurulub.
Ölkədə 9 bank Rusiyadan dollar köçürmələrini, 7 bank isə rubl köçürmələrini manata konvertasiya olunmaqla müştərilərinə təqdim edir. "Bank Respublika" 3500 dollardan, "Bank Avrasiya" isə 2000 dollardan yuxarı köçürmələri manata konvertasiya edir.
"Bank BTB", "Yelo Bank" və "Expressbank"dan isə "APA-Economics"ə bildirilib ki, dollarla köçürmələr kassadakı məbləğdən aslı olaraq dollar və ya manata konvertasiya olunmaqla təqdim edilir.
"Azər-Türk Bank"dan isə bildirilib ki, sürətli pul köçürmələri yalnız Şirvan və Naxçıvan filialları üzrə aparılır. Bank Rusiyadan həm dollar, həm rubl üzrə pul köçürmələrini qəbul edir, amma Azərbaycandan Rusiyaya dollar üzrə köçürmələr dayandırılıb.
Banklar |
Dollarla |
Rublla |
BANK VTB (AZƏRBAYCAN) ASC |
- |
AZN ekv. |
BANK "BTB" ASC |
$ və ya AZN ekv. |
- |
"PREMİUM BANK" ASC |
+ |
- |
"NAXÇIVANBAK" ASC |
+ |
- |
"GÜNAYBANK" ASC |
- |
AZN ekv. |
"EXPRESSBANK" ASC |
$ və ya AZN ekv. |
- |
"BANK RESPUBLİKA" ASC |
3500+ AZN ekv. |
AZN.ekv. |
"BANK OF BAKU" ASC |
+ |
- |
"BANK AVRASİYA" ASC |
2000 dollar (AZN ekv.) |
- |
"AZƏR-TÜRK BANK" ASC |
Naxçıvan və Şirvan filialları /- |
+ |
"AZƏRBAYCAN SƏNAYƏ BANKI" ASC |
AZN ekv. |
AZN ekv. |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
+ |
+ |
"AFB BANK" ASC |
AZN ekv. |
AZN.ekv. |
"ACCESSBANK" QSC |
- |
- |
"YELO BANK" ASC |
$ və ya AZN ekv. |
- |
"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC |
- |
- |
"XALQ BANK" ASC |
AZN ekv. |
- |
"UNİBANK" ASC |
- |
AZN ekv. |
"TURANBANK" ASC |
+ |
+ |
"RABİTƏBANK" ASC |
AZN ekv. |
AZN ekv. |
"MUĞANBANK" ASC |
- |
- |
"KAPİTAL BANK" ASC |
- |
+ |
PAKİSTAN MİLLİ BANKININ BAKI FİLİALI |
Xidmət göstərilmir |
|
MELLİ İRAN BANKI BAKI FİLİALI |
Xidmət göstərilmir |
|
"PAŞA BANK" ASC |
Xidmət göstərilmir |
|
"ZİRAAT BANK AZƏRBAYCAN" ASC |
Xidmət göstərilmir |