Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin məşqçisinin cəzası ikiqat azaldıldı

''Neftçi''nin məşqçisinin cəzası ikiqat azaldıldı

Tarix: 16 Sentyabr 2019 17:32

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 11 may 2019-cu il tarixində Premyer Liqanın III turunda “Sumqayıt”la ev oyununun 90+4-cü dəqiqəsində rəqibin baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə sanksiya ilə üzləşən “Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin cəzası ikiqat azaldılıb.

Onun AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.

 


Etiketlər:  Neftçinin məşqçisinin cəzası ikiqat azaldıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ