Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bitki çayları içərkən bu səhvləri etməyin

Bitki çayları içərkən bu səhvləri etməyin

Tarix: 15 May 2022 18:03

Bir çox hallarda sağlamlığımızın xeyrinə bitki çayları içməyə üstünlük veririk. Amma bunu edərkən hansı yanlışqıları etdiyimizin fərqində belə deyilik.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bitki çayları hazırlayarkən aşağıdakı məqamlara fikir verməlisiniz:

Bitki çaylarını yenidən isitmək və ya çox qaynatmaq olmaz. Əsasən də kəklikotunu qaynatmayın. Böyrək xəstələri və hamilələr üçün bu ziyandır.

Gündə ən çox iki fincan bitki çayı içmək olar. Artıq içmək orqanizmə ziyandır. Bu, qaraciyərə mənfi təsir edə bilər.

Çalışın bitki çayını dəmləyin, qaynamasına imkan verməyin. Hətta çaydan daha az müddətdə dəmləməyə çalışın.

Dəmlədikdən sonra suyu süzüb için, çalışın bitki içində çox qalmasın.

Əgər adaçayı içirsinizsə, onu ilıq halda qəbul edin. Amma çalışın az için. Çox içdiyiniz halda təzyiqi qaldıracaq.

Əgər zəncəfilli çay içmək istəyirsinizsə, içinə mütləq limon atın. Çalışın bütöv zəncəfildən istifadə edin, toz halında olanı isə hər adam içə bilmir.


Etiketlər:  Bitki çayları içərkən səhvləri etməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ