Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 11:48
Severodonetskdə rus hərbçiləri Popasnyanşinaya zərbə endirib, xəstəxanaya mərmilər düşüb. Ümumilikdə, Luqansk vilayətinin atəşə tutulması nəticəsində on nəfər həlak olub, daha üç nəfər yaralanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
Qaydayın sözlərinə görə, yaralananlar arasında Qornı, Zolotoy və Borovskoye sakinləri də var.
"Səhər düşmən Severodonetsk şəhər çoxsahəli xəstəxanasına yenidən artilleriya atəşi açıb, hazırda burada daha iki bina zədələnib. Dünyada inkişafı ilə tanınan Severodonetsk "İmpuls" elmi-istehsalat birliyinin binasına zərbə endirilib. Həmçinin Severodonetskdə tikinti materialları mağazası və dörd hündürmərtəbəli bina dağıdılıb. Daha dörd ev - Rubejnoyedə, ikisi - Lisiçanskda", - o deyib.
Administrasiyasının rəhbəri Popasnyanskaya icmasının kəndlərinə iki hava zərbəsi endirilməsi barədə də məlumat verib, nəticədə Vrubovkada üç, Kamışevaxda dörd, Novozvanovka və Troitskoyedə hər birində iki, Toşkovka dağ icmasında üç ev dağılıb.
Aslan Məmmədov