Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın vahid nəqliyyat və logistika strategiyası hazırlanır - VİDEO

Azərbaycanın vahid nəqliyyat və logistika strategiyası hazırlanır - VİDEO

Tarix: 18 May 2022 16:12

Azərbaycanın "Vahid Nəqliyyat və Logistika Milli Strategiyası" hazırlanır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  2030-cu ilədək dövrü əhatə edən Azərbaycanın "Vahid Nəqliyyat və Logistika Milli Strategiyası"nın hazırlanması ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrinin də daxil olduğu İşçi Qrup fəaliyyət göstərir. 

"İşçi Qrup tərəfindən mütəmadi keçirilən iclasların nəticəsi olaraq, ölkənin nəqliyyat və logistika sektoru üzrə mövcud vəziyyəti təhlil olunub və əsas prioritetlər müəyyən edilərək strategiyanın artıq ilkin layihə sənədi hazırlanıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, sözügedən strategiyanın ölkəmiz üçün kifayət qədər faydası olacaq. 

Aidiyyəti qurumların mövqeyinin öyrənilməsi mərhələsində olan Strategiya layihəsi dövlətin nəqliyyat və logistika sektorlarının qısa, orta və uzunmüddətli siyasət, eləcə də tranzit potensialından tam istifadə olunması istiqamətlərini müəyyən edir.

Xatırladaq ki, hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsinin vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycanın vahid nəqliyyat logistika strategiyası hazırlanır VİDEO


RƏYLƏR