Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 08:39
NATO-ya üzv olan ölkələrin terror təşkilatlarını dəstəkləməsi qəbuledilməzdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşündən sonra İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı açıqlamasında deyib.
"Bu gün təhlükəsizliklə bağlı təhdidlər var. NATO nədir? Təhlükəsizliklə bağlı təşkilatdır. Bu, eyni zamanda dəstək tələb edir. NATO Ukraynada müharibədə tərəf olmayacağını, alyans ölkəsinə hücum olarsa, adekvat cavab tədbirləri görəcəyini bildirir. Bu, həmrəylik nümayişidir", - deyə XİN rəhbəri bildirib.