Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 21:48
ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.
Senatın iclasını C-SPAN telekanalı yayımlayıb.
Layihə lazımi səs çoxluğunu toplayıb.
Sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.
"Washington Post" yazır ki, Ukrayna İsrail və Misiri qabaqlayaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkədir.