Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yuyucu tozların qiyməti 30 manata çatdı

Azərbaycanda yuyucu tozların qiyməti 30 manata çatdı

Tarix: 19 May 2022 23:36

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu tozladın dodaquçurdan qiymətləri alıcıları şoka salıb.

Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kq-lıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 5 kq-lıq tozlar 27, az qala 30 manata qalxıb.

Eynilə 1,5, 3 kq-lıq tozların da qiyməti xeyli artıb.

Satıcıların məlumatına görə, bu qiymətlər bu gün daxil edilib. Ötən həftəyə qədər bu tozlar aksiyada, endirimdə idi deyə alıcılar ucuz qiymət görürdü.

Lakin müqayisə üçün deyək ki, pandemiya dönəmində və yeni ilə qədər eyni tozlar 21-23 manat arası idi.

Milli.Az


Etiketlər:  Azərbaycanda yuyucu tozların qiyməti 30 manata çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ