Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 10:48
Bakıda üç uşaq itkin düşüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.
14 yaşlı Salmanova Ramilə Mahir qızı, onun bacıları, 10 yaşlı Şəkərnaz və 7 yaşlı Xədicə oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.
Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı həmin bölmədə araşdırma aparılır.