Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranın 7 kəndini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO

Lənkəranın 7 kəndini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO

Tarix: 20 May 2022 13:52

Lənkəranın 7 kəndini birləşdirən Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə tipli uçqunlar qeydə alınıb. Ərazidə dərin yarğanlar əmələ gəlib, gündən-günə sürüşmə daha da intensivləşir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 2018-ci ildə istifadəyə verilmiş yol indi deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Yağıntılı havalardan sonra yolda yeni çökəkliklər əmələ gəlir.

Bir neçə hissədə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 nömrəli yol istismarı MMC-nin istehsalat mühəndisi Natiq Cavadov bildirib ki, vəziyyətdən xəbərdardırlar. Qurum rəsmisi problemin qarşısını almaq üçün görüləcək işlərdən danışıb.

Natiq Cavadov əlavə edib ki, istinad divarlarının tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq mütəxəssislər cəlb olunub. Yolun ziyan dəymiş hissələrinə baxış keçirilib, rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Lənkəranın 7 kəndini birləşdirən yolda sürüşmə aktivləşib VİDEO


RƏYLƏR