Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 14:46
Felipe Santos "Şamaxı"nı tərk etməyə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsi Braziliyada davam etdirə bilər. Onunla A Seriyasında çıxış edən bir neçə klub maraqlanır.
Bu məlumatı Offsideplus.az-a açıqlamasında futbolçu özü də təsdiqlədi: "Bəli, A Seriyasında çıxış edən bir neçə klub məni istəyir. Amma rəsmi bir şey yoxdur".
Qeyd edək ki, Santos bu mövsümün əvvəlindən əyalət klubunda çıxış edir. Onun müqaviləsi bu yay başa çatır.