Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Taliban"ın ali lideri çoxarvadlılıqdan çəkinməyə çağırıb

Tarix: 21 May 2022 08:46

"Taliban" hərəkatının ali lideri Hibətullah Axundzadə Əfqanıstanda iki, üç və ya dörd nikahdan çəkinməyi tövsiyə edən fərman imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, sözügedən qərarın qəbulu birdən çox qadınla evlənməkdən və çoxuşaqlı ailələrə bir anda dəstək olmağa çalışan üzvlərinin pul tapmaq üçün korrupsiya etdikləri iddiaları ilə bağlıdır.

İslam dininin normalarına uyğun olaraq, kişiyə eyni vaxtda dördə qədər arvad almağa icazə verilir, bu şərtlə ki, o, bütün həyat yoldaşlarına bərabər qayğı göstərmək və hüquqları pozulmadan onların hamısını maddi cəhətdən təmin etmək imkanına malik olsun.

Milli.Az


Etiketlər:  Talibanın ali lideri çoxarvadlılıqdan çəkinməyə çağırıb


RƏYLƏR