Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə 16 yaşlı qızın atraksiondan yıxılması ilə bağlı cinayət işi başlandı

Şəkidə 16 yaşlı qızın atraksiondan yıxılması ilə bağlı cinayət işi başlandı

Tarix: 17 Sentyabr 2019 12:02

Bakı. Samir Əli - Trend:

Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M.F.Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.

Kənan Zeynalov əlavə edib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəkidə yaşlı qızın atraksiondan yıxılması ilə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ