Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 17:24
Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 703 901,3 min ABŞ dollarına bərabər olub.
Sonxeber.net-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 11% artıb.
Ümumilikdə cari ilin ilk dörd ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,42% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,57 faiz bəndi azdır.