Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriya rusiyalıların 254 milyon avro məbləğində aktivlərini dondurub

Avstriya rusiyalıların 254 milyon avro məbləğində  aktivlərini dondurub

Tarix: 22 May 2022 23:48

Avstriya Avropanın Rusiyaya qarşı sanksiyaları fonunda rusların 97 hesabdakı 254 milyon avro məbləğində aktivlərini dondurub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ORF telekanalı kansler ofisinin sənədlərinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, Rusiya aktivlərinin axtarışını Daxili İşlər Nazirliyi yanında Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinin tərkibindəki işçi qrup digər idarələrlə birlikdə həyata keçirir.

Mayın sonunda bu cür aktivlərin axtarışını asanlaşdırmaq üçün yeni hesabat sistemi istifadəyə veriləcək.

Milli.Az


Etiketlər:  Avstriya rusiyalıların 254 milyon avro məbləğində aktivlərini dondurub


RƏYLƏR