Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək

Türkiyə ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək

Tarix: 23 May 2022 23:48

Türkiyə ordusu ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən zaman danışıb.

"Biz davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlar başlanacaq, Təhlükəsizlik Şurasının iclasında müvafiq qərarlar qəbul ediləcək" ,- deyə Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ