Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İsveçin NATO-ya üzvlüyü üçün rəsmi tələblərini dərc edib

Türkiyə İsveçin NATO-ya üzvlüyü üçün rəsmi  tələblərini dərc edib

Tarix: 24 May 2022 08:45

Türkiyə İsveçin NATO-ya üzv olması üçün rəsmi tələblərini dərc edib.

Qeyd edilir ki, tələblər yerinə yetrilimədən Türkiyə hakimiyyəti İsveçin NATO-ya daxil olmasını bloklayacaq. Xüsusən, Türkiyə tərəfi İsveçdən PKK və FETÖ-yə dəstəyi dayandırmağı tələb edir.

"NATO-nun kollektiv təhlükəsizlik prinsipinə uyğun olaraq, Türkiyə terror təşkilatlarını dəstəkləyən İsveçdən konkret təminatlar gözləyir", - bəyanatda deyilir.

Türkiyə tərəfi vurğulayıb ki, İsveç hakimiyyəti rəsmi Ankaranın mübarizə apardığı terror təşkilatlarının üzvlərini nazirlər səviyyəsində qəbul edir və onların ölkə daxilində fəaliyyətinə dəstək verir.

"Ölkəmiz NATO-nun açıq qapı siyasətini həyata keçirsə də, alyans üzvləri və namizəd ölkələrin bütün sahələrdə olduğu kimi, terrorizmlə mübarizədə də yüksək səviyyədə əməkdaşlıq etməli olduğuna inanmaqda davam edir. Üzvlük üçün müraciət edən İsveçin Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı prinsipial addımlar atacağı və konkret təminat verəcəyi gözlənilir. Türkiyə terror təşkilatlarını dəstəkləyən İsveçdən NATO-nun kollektiv təhlükəsizlik prinsipinə uyğun olaraq konkret təminatlar gözləyir", - bəyanatda qeyd olunur.

Bundan əlavə, bəyanatda İsveç hökumətinin Türkiyəyə qarşı silah embarqosu tətbiq etdiyi xatırladılıb. Bu, "Barış pınarı" əməliyyatından sonra baş verib.


Etiketlər:  Türkiyə İsveçin NATO üzvlüyü üçün rəsmi tələblərini dərc edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ