Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pirsaatçay üzərindəki körpü nə vaxt hazır olacaq? - VİDEO

Pirsaatçay üzərindəki körpü nə vaxt hazır olacaq? - VİDEO

Tarix: 24 May 2022 14:38

Əbəs yerə deməyiblər , sındırmaq, dağıtmaq çox asandır. Əsas olan yenisini yarada bilməkdir. Deməli, Hacıqabulda Pirsaatçay üzərindəki körpü ötən ilin  aprel ayından sökülüb. Yerində yeni körpünün təməli də atılıb. Ancaq gerisi yoxdur. Yəni, 1 ildir ki,  işlər yarımçıq qalıb. Bu isə düz 6 kəndin camaatı üçün, xüsusilə də, çaya sel gələndə əməlli başlı  problemə çevrilir. Cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, görülən işlərdə heç bir gecikmə yoxdur.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Pirsaatçay üzərindəki körpü Paşalı, Şorbaçı, Tava, Udulu, Tağlı, Birinci Paşalı  və Qubalı kəndlərini rayon mərkəzi ilə birləşdirir. Ötən ilin aprel ayında həmin kəndlərə yeni yol tikintisi ilə bağlı işlər başladığından qəzalı vəziyyətdə olan körpü sökülərək yerində müasir standartlara cavab verən körpünün təməli atıldı. Lakin sakinlır qeyd edirlər ki, həmin müddətdən bir il keçsə də işlərin ləng getməsi səbəbindən körpünün tikintisi yarımçıq qalıb. Bu da həmin kəndlərdə yaşayan sakinlər üçün əsl problemə çevrilib. Xüsusilə sel suları gələn zaman pirsaat çayının daşması 6 kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olur.

Mövcud problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bidirilib ki,  39 km uzunluğa malik Muğan-Birinci, Paşalı-İkinci, Paşalı-Şorbaçı, Birinci Udullu, Tağılı-İkinci və Udullu-Qubalı avtomobil Yolunun tikintisi Agentlik tərəfindən icra olunur. Layihə çərçivəsində Udulu kəndi ərazisində, Pirsaat çayı üzərində  yeni dəmir-beton körpüsünün inşası nəzərədə tutulub ki, bu istiqamətdə artıq köhnə körpünün sökülməsi işləri yekunlaşıb və yeni avtomobil körpüsünün inşasına başlanılıb. İşlər tərtib olunmuş  plana uyğun aparılır, və həm yolun, həm də körpünün inşası qrafikə uyğun olaraq ilin sondunda istifadəyə veriləcək.  Yəni görülən işlərdə heç bir gecikmə yoxdur, deyə bildirilib.


Etiketlər:  Pirsaatçay üzərindəki körpü vaxt hazır olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ