Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda hər işə yarayacaq qutular: Həm qızdıracaq, həm də işıq saçacaq - VİDEO

Bakıda hər işə yarayacaq qutular: Həm qızdıracaq, həm də işıq saçacaq - VİDEO

Tarix: 25 May 2022 13:32

Zibil qablarının yanına qoyulan rəngli qutular...

Milli.Az bildirir ki, Xəzər TV kimdən soruşubsa eyni cavabı alıb: xeyriyyəçilik aksiyasıdır və toplanan geyimlər də kimsəsizlərə paylanacaq. 

Ancaq bu tekstil qutuları heç də xeyriyyəçilik məqsədi ilə qoyulmayıbmış. Belə ki, buraya atılan istifadə olunmayan paltarlar təkrar emal üçün toplanır. Hətta qutuların üzərində təkrar emalı nəzərdə tutan işarə də var. Bütün bu işlər isə türkiyəli sahibkar Mehmet Aslan tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, tullantılar arasında geyim, tekstil məhsulları kifyət qədər çox olduğundan, onlardan yararlanmaq mümkündür. 

Sahibkarın sözlərinə görə, tullantıların daha rahat çeşidlənməsi üçün həmin qutuların məhz zibil qablarının yanında yerləşdirilməsinə qərar verilib.

Mehmet Aslan bildirir ki, hazırda şəhərdə təxminən 250 ədəd belə qutu var. Ancaq şəhərin arxitekturasını pozmamaq şərti ilə bu qutuların sayının çoxaldılması nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Bakıda hər işə yarayacaq qutular Həm qızdıracaq həm işıq saçacaq VİDEO


RƏYLƏR