Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 21:33
Rusiya Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini, Hərbi Hava Desant Qüvvələrinin keçmiş komandanı, general-polkovnik Vladimir Şamanov bildirib ki, Rusiya ordusunun səhvlərindən biri Ukraynada onun gül-çiçəklə qarşılanacağını gözləməsi olub.
Sonxeber.net hafta.az-a istinadla bildirir ki, Şamanov bu barədə jurnalist Oksana Kravtsovaya müsahibəsində bildirib.
Şamanov izah edib ki, Ukraynada SSRİ dövründən indiyədək bir çox hərbi universitetlər qorunub saxlanılıb və bu universitetlər demək olar ki, hər bir regionda mövcuddur. O qeyd edib ki, bu, ölkədə "ordunun dirçəlişinin əsası" adlandırılan məktəbi qoruyub saxlamağa imkan verib.
"Ona görə də gül-çiçəklə qarşılanacağımızı gözləyənlər, bunun hesabını ilk beş gündə çox ağır ödədiıər. Bu gün biz artıq bu komponentin öhdəsindən gəlmişik, lakin hələ görüləsi çox şey var", - deyə general-polkovnik bildirib.
Şamanovun sözlərinə görə, xüsusi əməliyyatdan sonra Ukraynanı nə gözlədiyini indi proqnozlaşdırmaq çətindir. O, bəyan edib ki, ölkənin "demilitarizasiyası" və "denazifikasiyası" 5-10 il çəkə bilər. Bundan əlavə, onun fikrincə, "bu neonasistlərlə çirklənməmiş hökumət qurmaq" çətin olacaq.
Ukraynanı Rusiya Federasiyasının tərkibində görüb-görmədiyi sualına cavab verən Şamanov bildirib ki, bu iki şərt yerinə yetirilməsə, Rusiyanın Ukraynaya ehtiyacı olmayacaq.