Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldunun nişanlısı körpəsinin ölümündən sonra ilk dəfə səhnəyə çıxdı - FOTO

Ronaldunun nişanlısı körpəsinin ölümündən sonra ilk dəfə səhnəyə çıxdı - FOTO

Tarix: 27 May 2022 11:00

"Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun nişanlısı model Corcina Rodriqez körpəsinin ölümündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rodriqez Kannda "Elvis" filminin premyerasına qatılıb.

Onun üzərində dərin dekolteli gümüşü paltar olub. Model yırtmaclı paltarını eyni rəngli "steletto" sandal, eləcə də sırğalar və zümrüd qaşlı bilərziklə tamamlayıb.

Qeyd edək ki, Rodriqes Ronaldudan əkizlərə hamilə idi. Lakin ötən ayın sonunda, aprelin 19-da futbolçu əkizlərdən birinin doğuş zamanı dünyasını dəyişdiyini açıqlamışdı.

"Çox kədərlə körpəmizin vəfat etdiyini elan etməliyik. Bu, hər bir valideynin yaşaya biləcəyi ən böyük ağrıdır. Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir qədər ümid və xoşbəxtliklə yaşamağa güc verir. Bu itki bizi sarsıtdı", - deyə o, sosial şəbəkədə yazıb.

Milli.Az


Etiketlər:  Ronaldunun nişanlısı körpəsinin ölümündən sonra dəfə səhnəyə çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ