Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2022 13:50
"Mən oxuyanam, amma uca dağları yaratmamışam. Populyar ola bilərsən, 5-10 dənə efirə çıxa bilərsən, amma sənətkar ola bilməzsən. Sənətkar olmaq üçün sənəti bilmək lazımdır. Heç buna görə uzun illər də tələb olunmur. Adam tanıyıram ki, 45-50 ildir ki, oxuyur, amma sənəti yoxdur".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. O daha sonra əlavə edib.
"Bəzən özüm haqqında eşidirəm, deyirlər ki, maşın həvəskarıdır, bahalı saat həvəskarıdır. Mən axı pis bir şeyin həvəskarı deyiləm. Hamı bilir ki, mənim maşın kolleksiyam var. Mən özümə qarşı çox diqqətliyəm. Onun-bunun paxıllığını çəkməməlisən, özünü fikirləşməlisən ki, mən nə edə bilərəm ki, hər şey yaxşı olsun?! Ailən, yaxın adamların, dostların, sənətin üçün yaşamalısan. Mən özümü diqqət mərkəzində saxlayan biriyəm. Bahalı geyinmirəm, zövqə uyğun geyinirəm. O zövq də mənim özümdən, ailəmdən irəli gəlir. Gərək taxdığın saat da, üzük də geyiminə uyğun olsun. Ucuz saat da taxa bilərəm, bahalı saat da. 30 qəpiyimiz olmasa çörək ala bilərik? İnsanı bəzən korlayan pulun çoxluğu olur. Bir də görürsən ki, kimsə oturan kimi tez bahalı maşınının açarını, vertu telefonunu stolun üstünə götürüb atır. Belələrini çox görmüşük, sonda 1 manata möhtac qalırlar. Yekəxana-yekəxana hərəkət etmək lazım deyil. Bəzən mənə sual verirlər ki, sonuncu dəfə nə vaxt metroya minmisiniz? Mən metro ilə də gedirəm, avtobusla da. Niyə də minməyim ki? Biz hələ indi bilirik ki, oksigen nə deməkdir. Pandemiya gördünüz də nə etdi?! Paduşka ilə verirdilər oksigeni bizə. Qudurmaq olmaz, gərək həmişə sadəliyin haqda düşünəsən" deyə məşhur müğənni bildirib.