Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfv olununan Saleh Rüstəmli hava limanına getdi, ölkəni tərk edir - SƏBƏB

Əfv olununan Saleh Rüstəmli hava limanına getdi, ölkəni tərk edir - SƏBƏB

Tarix: 28 May 2022 20:10

Əfv sərəncamı ilə azadlığa buraxılan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edir.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, Saleh Rüstəmli artıq hava limanınadır. O, tələb olunan şərtə əməl edərək ölkədən gedir.
Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunmuşdu.

S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib.


Etiketlər:  Əfv olununan Saleh Rüstəmli hava limanına getdi ölkəni tərk edir SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ