Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buraxılış imtahanında yüksək bal ylğan məktəbli ÖZÜNÜ ASDI- FOTO

Buraxılış imtahanında yüksək bal ylğan məktəbli ÖZÜNÜ ASDI- FOTO

Tarix: 28 May 2022 21:28

Tovuz rayonunda gənc oğlan özünü asaraq intihar edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Düz Qırıqlı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı E.Aslanov bu gün yaşadığı evdə həyatına son qoyub.

Bildirilib ki, E.Aslanov Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıbmış. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb

Milli.Az


Etiketlər:  Buraxılış imtahanında yüksək bal ylğan məktəbli ÖZÜNÜ ASDI FOTO


RƏYLƏR