Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 10:00
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 71,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,36 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,05 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,2 dollar/barel olub, bu da əvvəlki göstəricidən 7,11 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin