Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb

DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb

Tarix: 1 Iyun 2022 23:20

Bu gün polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib. Onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunmuşdur.

DİN Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ