Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə gələn ildən avrozonaya daxil ola bilər

Bu ölkə gələn ildən avrozonaya daxil ola bilər

Tarix: 1 Iyun 2022 23:48

Avropa İttifaqına üzv ölkələr yaxın həftələrdə Xorvatiyanın avrozonaya daxil olması məsələsini müzakirə edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, yekun rəyi iyulun 12-də İttifaqın maliyyə nazirləri qərar verəcək.

Bildirilir ki, avroya keçmək üçün namizəd olan 7 ölkə arasında yalnız Xorvatiya bütün kriteriyalara cavab verir. Ölkə iqtisadiyyatı açıqdır, inflyasiya və büdcə kəsiri yolverilən normanı keçmir.

"Aİ-yə üzvlükdən 10 il sonra Xorvatiya 1 yanvardan avrozonaya qoşulmağa hazırdır. Xorvatiyanın avrozonaya gəlişi avronu daha da möhkəmləndirəcək" - deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

Xorvatiyanın hazırki pul vahidi kunadır (Kn).

Milli.Az


Etiketlər:  ölkə gələn ildən avrozonaya daxil bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ