Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimiz ucuzlaşıb

Neftimiz ucuzlaşıb

Tarix: 2 Iyun 2022 09:40

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,55 ABŞ dolları, yaxud 1,2 % azalaraq 125,93 ABŞ dolları təşkil edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar "qara qızıl"ın qiymətindəki artımı sürətləndirib.

Hərraclarda "Brent" markalı neftin avqust fyüçersləri 114,16 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Etiketlər:  Neftimiz ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ