Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 21:12
"Bir aydan çoxdur ki, Ermənistanda davamlı mitinqlər gedir, yollar bağlanır, hökumət binalarına giriş bloklanır. Ermənistanda müxalifətin fəallaşması açıq hiss edilir. Amma mən hesab edirəm ki, dünyada baş verən bütün proseslərə Rusiya-Ukrayna müharibəsi konteksində baxmaq lazımdır. Əks təqdirdə biz hadisələrdən düzgün nəticə çıxara bilmərik".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ermənistan daxilindəki vəziyyəti şərh edərkən bildirib.
Partiya sədri deyib ki, İrəvandakı olaylara Rusiya-Ukrayna münasiqşəsi aspektindən baxılmasa, düzgün nəticə çıxarmaq mümkün olmaz:
"Öncə aydındır ki, Ermənistan bütövlükdə Rusiyanın təsir dairəsinə aiddir. Bu mənada Ermənistanda nə baş verirsə, versin, bunun Rusiyanın maraqlarına nə dərəcədə təhlükə yaratması və ya uyğun gəlməsi əsasdır. İndi Ermənistan siyasətində baş verənlərin Rusiyanın maraqlarına uyğun olub-olmaması sualına cavab əsas məsələdir. Hesab edirəm ki, Ermənistanda yaşanan siyasi gərginlik Moskvanın istəklərinə tam uyğundur".
Sərdar Cəlaloğlu vurğulayıb ki, Ermənistanda baş verən hadisələrdə Rusiyanın iki məqsədi var:
"Birinci məqsəd, Ermənistanda gərginlik yaratmaqla əsas diqqəti Ukraynadan yayındırmaq, ən azından diqqəti parçalamaq istəyidir.
İkincisi, biz nə qədər bəyənməsək də, Paşinyan Levon Terpetrosyandan sonra erməni cəmiyyətində ən rossional düşünən, ölkədə baş verənləri aydın başa düşən siyasətçidir. İndiki halda ruslar həm də ona maneə olmaq istəyir. Ruslar həm də Ermənistanın üçüncü tərəf olmadan Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmasına qarşı çıxır. Rusiya bundan əvvəl Bakı-İrəvan arasında münasibətlərin nizamlanmasında Rusiyanın maraqlarının nəzərə alınması ilə bağlanmalı olduğunu qeyd edib. Bu da o deməkdir ki, Rusiyanın maraqları imkan vermir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansın. Bu konteksdə indi Ermənistanda baş verən olaylar Rusiyanın diktəsi altında Paşinyanı seçdiyi yoldan çəkindirmək, bu alınmasa onu istefaya göndərmək və beynəlxalq diqqəti Ukraynadan yayındırmaq niyyətini güdür".