Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Ukraynaya görə yüz milyonlarla avro alacaq

Polşa Ukraynaya görə yüz milyonlarla avro alacaq

Tarix: 3 Iyun 2022 08:34

"Polşa Ukraynaya çatdırılan silahlara görə Avropa İttifaqından yüz milyonlarla avro alacaq".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Polşanın Baş Naziri Mateuş Moravetski bəyan edib.

Polşa Ukraynaya bir neçə yüz tank, özüyeriyən haubitsa, minaatan, döyüş sursatı, pilotsuz təyyarələr, döyüş təyyarələri üçün ehtiyat hissələri və digər silahlar verib.

"Ukraynaya müdafiə silahlarının təhvil verilməsi ilə bağlı Avropa İttifaqından dəstək alacağıq. Xüsusi büdcə işə salınıb və bunlar yüz milyonlarla avrodur" - , o, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında deyib.


Etiketlər:  Polşa Ukraynaya görə yüz milyonlarla avro alacaq


RƏYLƏR