Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 11:16
Banqladeşli qadın sevdiyi kişi ilə evlənə bilmək üçün maraqlı yola əl atıb. 22 yaşlı Krişna sosial şəbəkədə tanış olduğu hindistanlı kişiyə qovuşmaq üçün onun vətəninə getmək qərarına gəlib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, xarici pasportu olmayan qadın meşəlik ərazini keçdikdən sonra göldə 1 saat üzərək Hindistana çatıb. O, sevdiyi insanla bir məbəddə evlənə bilsə də, qanunsuz olaraq dövlət sərhədini keçdiyi üçün saxlanıb.
Qadının Banqladeşə təhvil veriləcəyi bildirilir.