Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstefaya göndərildiyini mediadan öyrəndi

İstefaya göndərildiyini mediadan öyrəndi

Tarix: 4 Iyun 2022 08:33

Kanadada olan Estoniyanın xarici işlər naziri Eva-Maria Liymets istefaya göndərildiyini Kütləvi İnformasiya Vasitələrindən (KİV) öyrənib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Estoniyanın baş naziri, İslahatçılar Partiyasının lideri Kaya Kallas cümə günü prezident Alar Karisə hökumətdə Mərkəz Partiyasını təmsil edən 7 nazirin vəzifələrindən geri çağırılmasını təklif edib. Prezident nazirlərin istefası ilə bağlı sərəncam imzalayıb.

Mərkəz Partiyasının üzvü Liymetsin dediyinə görə, istefaya göndərildiyini xəbər kanallarından öyrənib və bu, onun üçün böyük sürpriz olub.

Liymets fasilə verəcəyini və bundan sonra nə edəcəyinə qərar verəcəyini qeyd edib.


Etiketlər:  İstefaya göndərildiyini mediadan öyrəndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ