Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 14:56
“Qalatasaray” ötən gün həbsdən çıxan rusiyalı futbolçu Pavel Mamayevi heyətinə qatmaq niyyətindədir.
Qol.az xəbər verir ki, bunu rusiyalı məşqçi Aleksandr Petrenko "Sport Ekspress" qəzetinə müsahibəsində deyib.
O, İstanbul klubunun 31 yaşlı yarımmüdafiəçi üçün "Krasnodar"la danışıqlar apardığını bildirib: “Qalatasaray” Mamayevi istəyir. Lakin onun ölkə xaricinə çıxışına qadağa qoyulub. Buna görə də, transferin necə reallaşacağını bilmirəm”.
Xatırladaq ki, Mamayev digər rusiyalı futbolçu Aleksandr Kokorinin və onun qardaşı Kirill Kokorinlı birgə ötən il oktyabrın 11-də həbs edilmişdilər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar.