Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 13:05
Türkiyənin məşhur aktyoru Tolqahan Sayışman atası ilə bağlı sual qarşısında göz yaşlarını saxlaya bilməyib.
Tolqahan Sayışman BluTV-də yayımlanan "40" verilişinin qonağı olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, veriliş boyunca sualları tam səmimiyyətlə cavablandıran aktyor atasının adını eşidəndə duyğulu anlar yaşayıb. Aparıcının "Tolqahan Sayışman atasından nə gördü?" sualı qarşısında Tolqahan göz yaşlarına boğulub.
O, hisslərini belə izah etməyə çalışıb:
"Belə bir suala belə reaksiya verəcəyimi bilmirdim. Mən elə adam deyiləm. Atam deyəndə ağlıma oğlum Efehan, atama qarşı etdiyim səhvlər gəlir. Mən ondan çox təsirləndim. Emosional olmağımın səbəbi təkcə atam deyil, çoxlu hadisələrdir. Oğlunuz olanda bəzi şeyləri başa düşəcəksiniz".