Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 11:28
Qərb silahları kifayət qədər gəldikdən sonra Ukrayna ordusu tam əks-hücuma keçə biləcək. Vaxt baxımından bu, iyulun və ya avqustun ikinci yarısı olacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.
O qeyd edib ki, bu gün ukraynalı müdafiəçilər ölkənin cənubunda artıq ayrı-ayrılıqda əks-hücumlar həyata keçirirlər, lakin Ukrayna lazım olan hər şeyi alanda hücum daha da intensivləşəcək:
"Bu baş verəndə ən azı 4-5 tamhüquqlu briqada formalaşacaq ki, onlar tam miqyasda hücuma keçə bilərlər".