Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 22:28
Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsgəri Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, mərhum əsgərin yaxınlarının dediklərinə görə, Səid Abdullazadə Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulub boya-başa çatıb.
Ailədə dörd uşaq olublar - 2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkən xidmət zamanı nədənsə şikayətinin olub-olmaması barədə danışmayıb.
Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər.
Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.
Qeyd edək ki, əsgər Səid Abdullazadənin özünə qəsd etməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.