Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şarl Mişel rus ordusunu cinsi zorakılıqda günahlandırdı, ölkə təmsilçisi zaldan çıxdı

Şarl Mişel rus ordusunu cinsi zorakılıqda günahlandırdı, ölkə təmsilçisi zaldan çıxdı

Tarix: 7 Iyun 2022 08:04

BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında Rusiya ordusu Ukraynada çoxsaylı cinsi zorakılıq faktlarında ittiham olunub. Bu iddialar fonunda Rusiya nümayəndəsi Vasili Nebenzya zalı tərk edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Tviter səhifəsində yazıb.

Qeyd edək ki, Mişelin çıxışı zamanı Rusiya Ukraynada cinsi zorakılıqda və Qara dəniz üzərindən taxıl ixracına mane olmaqda ittiham olunub. Nebenzya cavab olaraq iclası tərk edib.

"Siz zalı tərk edə bilərsiniz, hörmətli səfir, bəlkə də bu, həqiqəti eşitməkdən asandır", - Mişel Nebenzinin hərəkətini şərh edərkən deyib.

Xatırladaq ki, Nebenzya apreldə BMT Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynada "Xüsusi əməliyyatlar" deyil, müharibə apardığını etiraf etmişdi.

Milli.Az


Etiketlər:  Şarl Mişel rus ordusunu cinsi zorakılıqda günahlandırdı ölkə təmsilçisi zaldan çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ