Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elcan Rəsulov zibil yığmasından danışdı - ''Dostum ələ saldı ki, üzünə heç kim baxmayacaq'' - VİDEO

Elcan Rəsulov zibil yığmasından danışdı - ''Dostum ələ saldı ki, üzünə heç kim baxmayacaq'' - VİDEO

Tarix: 7 Iyun 2022 13:25

ARB TV-nin "Söz baz" verilişinin növbəti müsahibi aktyor Elcan Rəsulov olub.

Milli.Az xəbər verir ki, Elcan Rəsulov yaşadığı çətin uşaqlıq illərindən söhbət açıb:

"İlk qazancım deyəsən 1 Məmməd idi. 6 ya 7-ci sinifdə oxuyurdum. O zamanlar Yeni Yasamalda binalar yox idi, düzənlik bir yer idi. Yığılan zibilləri aparıb ora tökürdülər. Qonşularımızdan 1-2 nəfərlə oranı kəşf etmişdik. Çünki, ən çox butulka orada olurdu. Zibilliyin içindən butulkaları yığıb temizləyib yeşiklərə yığırdıq. Bədənimizin hər yeri yara idi, çünki zibilliyin içindən butulka yığdığımız üçün cücülər bizi dişləyirdi. Adı Seyid olan bir dostum var idi, mənə yaxından baxıb dedi ki, çox pis gündəsən, heç kim üzünə də baxmayacaq. Sonra çox pis oldum ki, bəlkə bir də ora getməyim, amma yenə getdim. O qədər getdik ki, orada da butulka bitdi. Bunları danışmaqdan heç zaman utanmamışam".

Milli.Az


Etiketlər:  Elcan Rəsulov zibil yığmasından danışdı Dostum ələ saldı üzünə heç baxmayacaq VİDEO


RƏYLƏR