Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 22:30
Qızdırma təkamül prosesində formalaşmış mühafizə reaksiyalarının əsas növlərindən biridir. Qızdırmanın süni surətdə azaltdıqda qızdırmalı xəstəliklərin orqanizmdə yaratdığı pozğunluqlar aradan qalxmır və bəzi hallarda infeksion xəstəliklər daha ağır nəticələr verir.
Bədən temperaturu yüksəldikcə orqanizmin toxuma və hüceyrələrində maddələr mübadiləsi sürətlənir, daxili orqanların qanla təhcizatı artır və funksional aktivlik yüksəlir. Qızdırma qanda leykositlərin miqdarının artmasına və orqanizmin faqositar xassəli hüceyrələrinin fəallaşmasına səbəb olur. Bundan əlavə bədən temperaturu yüksəldikcə, orqanizmdə anticisimciklər və bəzi qeyri-spesifik rezistenlik amilləri daha sürətlə yaranır.
Bədən temperaturu 38-39,5* S olduqda orqanizmdə interferonun sintezi ən yüksək sürətlə həyata keçir. İltihabı xəstəliklər zamanı leykositlərdə yaranan pirogen maddə 2 kompleks birləşmədən ibarətdir. Bunlar aşağıdakılardır:
1. Pirogen xassəli.
2. Antitoksik və antivirus xassəli.
Qızdırma bəzi xəstəlik törədici amillərin çoxalmasının qarşısını alır. Məsələn, polimielit viruslarının çoxalma sürəti 40*S tempraturda, 37* S-dəkinə nisbətən 250 dəfə azdır. Bəzi mikroorqanizmlər 40*S temperaturda da çoxala bilir. Lakin bu şəraitdə onların antibakterial preparatlara qarşı rezistenliyi azalır. Bu, xəstəliklərin müalicəsini asanlaşdırır. Yüksək temperaturda bir sıra mikroblar və viruslar ölür. Məsələn, pnevmokokklar, spiroxetlər, qrip və polimielit virusları yüksək temperaturun təsirindən tələf olurlar.
Müasir dövrdə frunkulyoz, poliartrit, ekzema kimi xəstəliklərin müalicəsində təmizlənmiş bakterial pirogenlərdən geniş istifadə edilir.