Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“VAZ 2106” ilə qoyunları vurub öldürdü

“VAZ 2106” ilə qoyunları vurub öldürdü

Tarix: 7 Iyun 2022 22:52

Göygöldə xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil yolda olan qoyun sürüsünə çırpılıb. Hadisə zamanı 7 qoyun tələf olub.

Qəza zamanı bir nəfər də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  2106 ilə qoyunları vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ