Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ödemin orqanizmə təsiri

Ödemin orqanizmə təsiri

Tarix: 7 Iyun 2022 23:30

Ödem orqanizmin mühafizəedici və uyğunlaşdırıcı reaksiyalarının iştirakı ilə yaranır. Mayenin damarlardan hüceyrəarası sahəyə keçib, orada ləngiməsi qanın bəzi maddələrdən (xüsusən zəhərli maddələrdən) təmizlənməsinə və orqanizmin mayelərində osmos təzyiqin sabit zaxlanmasına kömək edir. Ödem qanda müxtəlif kimyəvi və toksik maddələrin qatılığının azalmasına şərait yaradır. Beləliklə həmin maddələrin orqanizmə toksik təsiri azalır. İltihabı, allergik, toksik və başqa mənşəli ödemlər zədələnmə ocağında qan və limfa damarlarını sıxmaqla müxtəlif toksik maddələrin orqanizmə yayılma sürətini azaldırlar.
Bütün tipik patoloji proseslər kimi ödemlər də orqanizmə zədələyici təsir göstərir. Ödem toxumalara mexaniki təsir göstərməklə, onların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Bunun nəticəsində toxuma trofikası pozulur, orqanizmin infeksion amillərə qarşı müqavimət qabiliyyəti zəifləyir. Uzun müddət davam edən ağır ödem toxumalarda xronik hipoksiya halı yaradır. Bu zaman parenximatoz elementlər tədricən tələf olur və onların yerində birləşdirici toxuma inkişaf edir. Orqanizmdə ödem olduqda hüceyrədaxili suyun bir hissəsi hüceyrəarası sahəyə keçir və nəticədə orqanizmdə susuzluq hissi yaranır. Bəzən bədən temperaturu yüksəlir, osmotik təzyiqi aşağı olan ödem mayesinin bir hissəsi hüceyrələrə daxil olur. Bu zaman hüceyrədaxili ödem və su zəhərlənməsi əlamətləri yaranır.
Ödemin orqanizmə təsiri onun yarandığı nahiyyədən asılıdır. Beyin mədəciklərində, perikard və plevrada maye toplandıqda beynin, ürəyin və ağciyərlərin fəaliyyəti pozulur. Bəzən bu dəyişikliklər orqanizm üçün ağır nəticələr verə bilir.


Etiketlər:  Ödemin orqanizmə təsiri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ