Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 17:25
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Xuraman Əlizadə olub.
Sonxeber.net xəbər verir ki, aktrisa çəkisindən məmnun olduğundan və dadlı yeməklər sevdiyindən danışıb:
"İnsanlar elə bilir ki, mən ancaq gülürəm və yeyirəm, başqa heç bir işim yoxdur. Hətta sual verirlər ki, siz ev işi də görürsünüz? Deyirəm vallah özüm edirəm. Arıqlamaq üçün insanlar mədə kiçiltmə əməliyyatı edirlər, dietoloqlara gedirlər. Mən bunu edə bilmirəm, çünki iradəm yoxdur. Bu səbəbdən də arıqlaya bilmirəm. Yeməyi sevirəm, xüsusilə də ət xörəklərini. Evdə günorta da, axşam da ət bişməlidir. Sosial şəbəkələrdə mənim haqqımda paylaşımlarda köklüyümlə bağlı məni çox təhqir edirlər. Özüm kompleks etmirəm. İçimdə elə bil 20 yaşlı qız var. Mənə söyüş yazanlara demək istəyirəm ki, məndən əl çəkin. Belə qəbul edirsinizsə, edin. Etmirsinizsə canınız sağ olsun".