Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN bu evlərin əvəzinə yenisini tikəcək

FHN bu evlərin əvəzinə yenisini tikəcək

Tarix: 8 Iyun 2022 18:08

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Sonxeber.net dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ricon" MMC-dir.

Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək.

Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün tikilir.


Etiketlər:  evlərin əvəzinə yenisini tikəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ