Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın mühasirədə saxladığı gəmilərdə azərbaycanlılar da var

Rusiyanın mühasirədə saxladığı gəmilərdə azərbaycanlılar da var

Tarix: 9 Iyun 2022 10:22

Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan insanlar da var.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan, təxminən, 80 gəmi mühasirədədir. Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan, Türkiyə və Suriyadan da çox sayda insan var.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.


Etiketlər:  Rusiyanın mühasirədə saxladığı gəmilərdə azərbaycanlılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ