Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal''ın futbolçusu dinini və adını dəyişdi

''Arsenal''ın futbolçusu dinini və adını dəyişdi

Tarix: 9 Iyun 2022 15:02

İngiltərə "Arsenal"ının futbolçusu Tomas Partey mərakeşli Sara Bella ilə evləndikdən sonra adını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi özünə Yakubu adını götürüb. Lakin o, "topçular"ın heyətində əvvəlki adı ilə çıxış edəcək.

Qananın şərqində xristian ailəsində böyümüş Partey ilin əvvəlində islamı qəbul etmişdi.

Qeyd edək ki, Tomas Partey "Arsenal"a 2020-ci ildə İspaniya "Atletiko"sundan keçib. Ötən mövsüm o, İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Partey 2016-cı ildən Qana yığmasına çağırılır. "Arsenal" 2021/2022 mövsümündə 5-ci yeri tutub.

Milli.Az


Etiketlər:  Arsenalın futbolçusu dinini adını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ