Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 23:32
Rusiya Prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Əfqanıstanın bərpasında maliyyə öhdəliklərini öz üzərinə götürməli olduqlarını deyib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Putin bu haqda Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilə Kreml sarayında görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
Berdiməhəmmədovla görüşdə Əfqanıstandakı vəziyyəti də müzakirə edən Putin bu ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib:
"Bizim qəti ortaq fikrimizə görə, ABŞ və müttəfiqləri Əfqanıstanın yenidən qurulması, əsas da maliyyə öhdəliklərini üzərilərinə götürməlidirlər. Onların 20 illik mövcudluğu ölkəni kritik həddə çatdırdı".
Putin Moskva formatı üzrə məsləhətləşmələr çərçivəsində Əfqanıstan məsələsi üzərində işi davam etdirməyə hazır olduqlarına diqqət çəkib.